ice berg

ice berg İdman 22-02-2025, 10:56

"Mançester Siti" Qvardiolanın yerinə Alonsonu gətirəcək

"Mançester Siti" Qvardiolanın yerinə Alonsonu gətirəcək
"Mançester Siti" Çempionlar Liqasının 1/16 finalında "Real" tərəfindən kənarlaşdırıldıqdan və Premyer Liqada uğursuz nəticələr əldə etdikdən sonra klubun rəhbərliyi baş məşqçi Xose Qvardiolaya əvəzləyici tapmaq barədə ciddi fikirləşib.

Loading.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Nəşr qeyd edib ki, klubda müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Xosenin yerinə "Bayer"in baş məşqçisi Xabi Alonso ən uyğun variant hesab olunur. Şəhər rəhbərliyi Alonsonun oyun tərzini bəyənir. Bildirilir ki, “Siti”dən başqa həmçinin “Real” da Alonsonun baş məşqçiliyə namizədliyini düşünür.

Xatırlayaq ki, ötən il Xabi Alonso “Bayer”lə Bundesliqa və Almaniya kubokunu qazanıb, eyni zamanda komandanı “Atalanta”ya uduzduğu Avropa Liqasının finalına çıxarıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
572 641 9 12 12 23

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.