HASANLY

HASANLY Xəbərlər 21-02-2025, 13:41

"Improtex Group" "IDEX 2025" sərgisində istehsal etdiyi texnikaları təqdim edib

"Improtex Group" "IDEX 2025" sərgisində istehsal etdiyi texnikaları təqdim edib
17-21 fevral 2025-ci il tarixlərində Əbu-Dabidə keçirilən dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan "IDEX 2025" çərçivəsində "Improtex Group Azərbaycan" Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə sərgidə iştirak edib.

"Improtex Group" sərgidə Azərbaycanda istehsal olunan "Revival" minatəmizləmə maşınlarını təqdim edib. Şirkət qonaqlara və beynəlxalq tərəfdaşlara innovativ texnologiyalar əsasında hazırlanmış minatəmizləmə texnikaları barədə ətraflı məlumat verib. Stenddə nümayiş olunan "Revival M" və "Revival T" minatəmizləyən maşınları, onların texniki imkanları və real əməliyyat sahələrində effektivliyi barədə geniş təqdimat keçirilib.

Sərgidə "Improtex Group" ilə Səudiyyə Ərəbistanının nüfuzlu "Jassara Group for Business" şirkətlər qrupu arasında qarşılıqlı anlaşma memorandumu (MoU) imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda istehsal olunan "Revival" minatəmizləmə texnikalarının Səudiyyə Ərəbistanı bazarında ixracı və bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Sərgidə Avropa və digər ölkələrindən olan nümayəndələr "Revival" minatəmizləmə texnikalarına böyük maraq göstəriblər. İstehsal edilən texnikalara belə diqqətin ayrılması bu texnikaların qlobal bazara da eksport potensialının artmasının göstəricisidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
560 524 10 13 33 3

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.