cabir

cabir Məsləhətlər 21-02-2025, 14:00

Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun - Buzlu yollarla əlaqədar piyadalara TÖVSİYƏLƏR

Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun - Buzlu yollarla əlaqədar piyadalara TÖVSİYƏLƏR
Yolların buz bağlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyə edib. Sun.Az xəbər verir ki, tövsiyədə deyilir:
- ayaqqabını sürüşməyə qarşı hazırlayın - ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;

- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 157 15 9 4 15

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.