"Temu" Azərbaycanda geyim sektorunun bərbad olması ilə tanınır" - Marketoloq
Türkiyədən onlayn sifarişlərə marağın azalması müşahidə olunur. Karqo şirkətlərində əvvəki sıxlıq yoxdur. Alıcıların bir çoxu qiymət artımından şikayətlənirlər.
Mövzu ilə bağlı Loading.az-a danışan marketoloq Saday Əlverdiyev bildirib ki, onlayn alış-veriş platformasının uğurlu olması üçün müştərilərin ona sadiq olması lazımdır. Sadiqlik də təcrübədən, referansdan qaynaqlanır. Bu faktorlar güvən yaradır:
"Tendensiya göstərir ki, onlayn ticarətdə hər ötən il əvvəlki ildən rəqəmlər artmaqdadır. Maliyyə rəqəmi, istehlakçı sayı günü-gündən artmaqdadır. Azərbaycan bazarı üçün də bu keçərlidir. Onlayn alış-verişin azalması faktoru nisbi anlayışdır. Bu sadəcə hansısa platformalar üzrə mümkündür. Ümumi mənzərədə belə deyil. Onlar Azərbaycana yeni gəliblər və çox istehlakçı həmin platformaları tanımır. Tanımaqdan ziyadə, etibar etmirlər, çünki istehlakçı təcrübəsi yoxdur. "Temu"nu buna misal göstərə bilərik. Onlayn alış-veriş platformasının uğurlu olması üçün müştərilərin ona sadiq olması lazımdır. Sadiqlik də təcrübədən, referansdan qaynaqlanır. Bu faktorlar güvən yaradır. Azərbaycan bazarına yeni girən oyunçularla bağlı problem var. İstehlakçının platforma ilə təcrübəsi olmadığı üçün bir növ tərəddüd yaşayırlar. "Trendyol"da rəqəmlərin aşağı düşdüyünə inanmıram. Uzun illər "Amazon"dan alış-veriş edənlər yenə davam edirlər. Yeni oyunçularla bağlı hər zaman tərəddüd var. "Temu" artıq Azərbaycanda geyim sektorunun bərbad olması ilə tanınır. Elektronikada nisbətən yaxşıdır. Belə bir tendensiya var. Platformalar bu tendensiyanı qırmaq üçün məhsulun keyfiyyətinin düzgün olmasına diqqət yetirməlidir".