Bu cür qanunsuzluğa yol verənləri 10 ilə qədər həbs cəzası gözləyir

Son zamanlarda qida zəhərlənmələrinin sayı artıb. Təhlükəli qida məhsulunu istehsal edib, satışını təşkil edənlər və ya satı məqsədilə saxlayanlar üçün 10 ilə qədər müddətə azadlıqdan məhrub edilə bilər. Bunula bağlı qanuna dəyişiklik edilməsi də gözlənilir.
Mövzu ilə bağlı Sun.Az -a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır: "Belə ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Həmin Məcəllənin 222-ci maddəsinə əsasən, ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və qida məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır".