cabir

cabir Xəbərlər 18-02-2025, 13:30

100 qadının fotoları ilə söyüşlü videolar paylaşmışdı - Həbs edildi

100 qadının fotoları ilə söyüşlü videolar paylaşmışdı - Həbs edildi
Azərbaycanda saxta profillərlə çoxsaylı qadınların fotolarından ibarət söyüşlü videolar yayan şəxsin kimliyi müəyyən edilib. Sun.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə sosial şəbəkə istifadəçisi olan qadınların fotolarını icazəsiz götürərək nalayiq formada paylaşan şəxsin Masallı rayon sakini 2000-ci il təvəllüdlü H.Paşalı olması müəyyən edilib.

Onun "TikTok" sosial şəbəkəsində 5 saxta profili idarə etməsi və topladığı fotoların fonunda söyüşlü, qeyri-etik ifadələr yerləşdirərək həmin səhifələrdə yayması məlum olub.

Bildirilib ki, H.Paşalının əməlləri ilə bağlı bir neçə qadın polisə müraciət etdikdən sonra araşdırma aparılıb. Saxta profillərin Masallıda yaşayan şəxs tərəfindən idarə edilməsi məlum olandan sonra o, fevralın 16-da Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə materiallar Masallı Rayon Məhkəməsinə göndərilib. O, ifadəsində təxminən 100 qadının fotolarını götürərək hazırladığı videolarda istifadə etdiyini bildirib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxsə 20 gün həbs cəzası verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 139 3 6 18 11

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.