ice berg

ice berg İdman 18-02-2025, 11:00

"Barselona" ən bahalı futbolçulardan birini alır

"Barselona" ən bahalı futbolçulardan birini alır
"Barselona" "Bayer Leverkusen"in alman yarımmüdafiəçisi Florian Virtzi almaq istəyir.

Loading.aZın xarici mediaya istinadla məlumatına görə, Camal Musialanın “Bavariya” ilə müqaviləsini uzatmasından sonra Kataloniya rəhbərləri 21 yaşlı futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəf kimi qəbul edirlər.

İspaniya klubunun prezidenti Joan Laporta və idman direktoru Deko artıq transfer üzərində işlərə başlayıb.

Futbolçu ilə "Real" və "Mançester Siti" də maraqlanır. Ona Kataloniya klubundan daha ciddi maaş təklif edə bilərlər.

Bu mövsüm Florian Virtz klub səviyyəsində 35 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.

Onun dəyəri “Transfermarkt” tərəfindən 140 milyon avro olaraq qiymətləndirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
506 571 16 5 8 10

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.