"Anamsız qaldığım 40 gün" - Könül Nurullayeva

Milli Məclisin deputatı Könül Nurullayevanın anası Sevər Cabbarlının vəfatından 40 gün keçib. Sun.Az xəbər verir ki, bu barədə deputat sosial şəbəkədə paylaşım edib. O, Sevər Cabbarlının Azərbaycan elminə verdiyi töhfələri qeyd edib.
"Əziz dostlar, dəyərli həmkarlar! Anam, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmalar şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Heydər qızı Cabbarlının vəfatı ilə əlaqədar kədərimə şərik olan, mənə mənəvi dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Qeyd edim ki, anam ömrünün gənclik dövrünün 10 ilini Əfqanıstanda diplomat-mütərcim vəzifəsində çalışmış, həyatının 40 ildən çoxunu isə elmi fəaliyyətə həsr etmiş, peşəkar alim kimi Azərbaycan elminə töhfələrini vermişdir.
Anamın vəfatı hər birimizi dərindən sarsıtdı və qəlbimizdə silinməz izlər buraxdı. Dəyərli ziyalı, hörmətli və gözəl insan kimi onun doğma xatirəsi daim qəlbimizdə yaşayacaqdır!
Sözlərlə ifadə edilə bilməyən fədakarlığı və qarşılıqsız sevgini təsvir edin desələr mənə, hər halda mən sadəcə "ana" deyərdim.
Ana haqqı ödənməz, sevməyə ömür yetməz, bütün dünya bir olsa bir anam etməz!
Qiyməti ölçülməyən, sənə olan sonsuz sevgim!
Anamsız qaldığım 40 gün... Düz deyiblər, anasız ev səssiz gecəyə bənzəyər… Ruhun şad, məkanın cənnət olsun, gülərüz anam!" ,- deyə o bildirib.