cabir

cabir Xəbərlər 17-02-2025, 14:00

Göldə cəsədi tapılan Mirhəsən Seyidov öldürülübmüş - Qonşusu və oğlu SAXLANILDI

Göldə cəsədi tapılan Mirhəsən Seyidov öldürülübmüş - Qonşusu və oğlu SAXLANILDI
Təxminən 10 gün əvvəl itkin düşmüş şəxsin öldürüldüyü məlum olub. Sun.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxslər əməllərini ört-basdır etmək üçün meyiti ayağına daş bağlayaraq su kollektoruna atıblar.

Cinayət əməli Saatlı rayonunun Şirinbəyli kəndində törədilib.

Qətlə yetirildiyi bildirilən Mirhəsən Seyidovun yaxınları Saatlı Rayon Polis şöbəsinə onun itməsi ilə bağlı ərizə ilə müraciət etmişdilər. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə bu gün səhər saatlarında 66 yaşlı Mirhəsən Seyidovun meyiti aşkar olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 45 yaşlı Elşad Abbasov və oğlu 20 yaşlı Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.

Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yaxınlarının iddiasına görə, hadisə torpaq üstündə olub.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşad Abbasov və Elçin Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulublar. https://youtu.be/TQ-6yVv8hgo

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 161 9 7 6 1

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.