cabir

cabir İdman 16-02-2025, 18:30

"Real" Vinisiusun tələbini yerinə yetirməkdən imtina etdi

"Real" Vinisiusun tələbini yerinə yetirməkdən imtina etdi
"Real Madrid" Vinisius Junioru növbəti illərdə heyətində saxlamaq istəyir, lakin klub futbolçular üçün nəzərdə tutulmuş maaş limitindən kənara çıxmaq niyyətində deyil. Sun.Az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.

Qeyd olunur ki, Vinisius yeni müqaviləyə əsasən "Real"dan bir mövsümə 25 milyon avro maaş tələb edib. Bununla belə, Madrid klubu braziliyalıya bu məbləğdə pulu ödəmək fikrində deyil. Mənbə onu da qeyd edir ki, "Real" Səudiyyə Ərəbistanının Vinisiusa böyük məbləğdə pul təklif edəcək zəngin klubları ilə rəqabət aparmağa hazır deyil.

Bütün bunlar nəzərə alınaraq, Vinisius Juniorun yaxın illərdə "Real"ı tərk edə biləcəyi ehtimal olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 580 10 11 14 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.