ice berg

ice berg Programlar 16-02-2025, 23:00

“WhatsApp” mesaj bölməsini dəyişdi - Hər kəsdə fərqli olacaq

“WhatsApp” mesaj bölməsini dəyişdi - Hər kəsdə fərqli olacaq
“WhatsApp”ın mobil tətbiqində söhbət çatlarında yenilik edilib.

Loading.aZ xəbər verir ki, “WhatsApp” söhbətləri fərdiləşdirmək üçün tamamilə yeni funksiya təqdim edib. Yeniliyə əsasən hər bir istifadəçi söhbət çatlarında istədiyi temanı seçə bilər. Bildirilir ki, “WhatsApp” söhbət çatlarında 20-dən çox tema təqdim edib. İstifadəçilər söhbətlərini rəngləndirə və onları özləri fərdiləşdirə bilərlər. Məlumata görə, əvvəllər “WhatsApp”da söhbətlərin fonları dəyişdirilə bilsə də, məhdud sayda seçim var idi və ətraflı fərdiləşdirmə seçimləri yox idi. Yeni yeniləmə ilə hər bir istifadəçi “Parametrlər” menyusunda "Söhbətlər" bölməsinə daxil olaraq mövzular arasında asanlıqla seçim edə bilər. İstifadəçilər fonu dəyişdirməklə yanaşı fərdi söhbət təcrübəsi yaratmaq üçün göndərilən mesajların rəngini və parlaqlığını tənzimləyə biləcək.

Qeyd edilir ki, istifadəçinin etdiyi dəyişiliklər yalnız onun öz ekranında müşahidə ediləcək, digər istifadəçilər ekranlarında öz seçdikləri seçimləri müşahidə edəcəklər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
138 130 4 11 10 2

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.