ice berg

ice berg Texnologiya 14-02-2025, 16:00

Türk Süni İntellektinin yaradılması TƏKLİF EDİLDİ

Türk Süni İntellektinin yaradılması TƏKLİF EDİLDİ
Türk İnvestisiya Fondunun bizneslər üçün faydaları

Türk Dövlətləri Təşkilatının üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirən imkanlar təqdim etməsi təqdirə layiq haldır. İnanıram ki, Türk İnvestisiya Fondunun layihələri ümumi iqtisadi inkişafa mühüm töhfə verəcək.

Loading.aZ APA-ya istinadla xəbər verir ki, bunu Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi(TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Türk ölkələrində süni intellekt və innovasiya dəstəyi

Tahir Mirkişili qeyd edib ki, investisiya ilə yanaşı texnologiyaların da yayılması çox vacibdir: “Bizim başımıza gələn bütün faciələr tarixən həm də texnologiyalardan, bir-birimizdən uzaq düşdüyümüzə görədir. İqtisadi layihələrlə yanaşı texnoloji innovasiyaların da maliyyələşdirilməsi vacibdir. Bir yerdə Türk Süni İntellekti, Türk Texnologiyaları, Türk Məhsulları yaratmalıyıq. Bunun üçün imkanlarımız mövcuddur”

Azərbaycan iqtisadiyyatının türk ölkələri ilə inteqrasiyası

Tahir Mirkişili Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və geniş baxışı sayəsində Azərbaycanın regional gücə çevrilmək yolunda inamla irəlilədiyini qeyd edərək, Azərbaycan iqtisadiyyatının türk dünyasının inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 202 0 15 10 10

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.