"Ölkəmizdə fəaliyyət göstərən USAID qanunlarımıza hörmət etməli idi"-POLAD MEHDİYEV

Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur. Lakin əfsuslar olsun ki, ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizə qarşı total hücumlar səngimir. Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatlarla çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir. Səbəb də bəllidir. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır.
Mövzu ilə bağlı Sun.Az -a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, USAİD ilk dəfə 1961-ci ildə Marşal Planının davamı olaraq yaradılıb. İlk olaraq Avropanın inkişafına dəstək məqsədi üçün fəaliyyət göstərib. Sovetlər İttifaqı dağıldıqdan sonra inkişaf etməkdə olan ölkələrə "dəstək" olmağa başlayıb: "Onu xüsusi vurğulamaq lazımdır ki, təşkilat ABŞ-nin dövlət büdcəsi əsasında maliyyələşib və ABŞ səfirliklərində fəaliyyət göstərib. Təşkilatın elan etdiyi fəaliyyəti əsasən sosial sahə, kənd təsərrüfatı, təhsil, o cümlədən demokratiyanın inkişafı və insan haqlarının qorunmasıdır.
Təşkilatın fəaliyyətinə hazırda ciddi məhdudiyyətlər qoyulub. Təşkilatın büdcəsi 50 milyard dollar təşkil edir. Bu, bir təşkilat üçün kifayət qədər yüksək bir rəqəmdir. USAİD, insan haqlarının qorunması adı altında LQBT nümayəndələrinin fəaliyyətinin inkişafına da xüsusi maliyyə ayırıb.
Daha bir vacib məsələ isə ƏL-QAİDA terror təşkilatının ərzaq və geyimlə təmin edilməsinə 10 milyon dollar vəsait ayırmasıdır.
Bu cür gözlənilməyən sahələrə maliyyə ayıran USAİD-in fəaliyyətinə Tramp administrasiyası son qoyduqdan sonra bütün leqal məsələlər ortaya çıxıb.
Əslində isə fəaliyyət dövrü ərzində məlum olub ki, təşkilatın əsas məqsədi inkişaf etməkdə olan ölkələrə dəstək adı altında təmsil etdiyi güclərin maraqlarının yayılmasıdır. Məhz bu təşkilatın fəaliyyəti nəticəsində bir çox inkişaf etməkdə olan ölkədə inqilablar və dövlət çevrilişləri baş verib.
Azərbaycanla USAİD-in münasibətlərinə gəlincə, EVROVİZİON mahnı yarışmasında, COP29-da, ümumiyyətlə Azərbaycanla bağlı istənilən tədbirdə USAİD hər zaman anti-Azərbaycan mövqeyi tutub. Çünki Azərbaycanın təşkilatın təyinatına uyğun fəaliyyət göstərməsini tələb edirdi. Təəssüflər olsun ki, USAİD layihələri dövlətin daxili işlərinə qarışmaq üçün maliyyələşdirirdi.
USAİD-in bağlanması Azərbaycanın daxili işlərinə qarışan, kəşfiyyat materialları toplayan bir qurumun ləğv edilməsi deməkdir.
Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə fəaliyyət göstərən bu cür təşkilatlar mütləq qanunlara hörmət etməli, şərtlərə uyğun olaraq qeydiyyatdan keçməlidir".