AzizA

AzizA Avto Dünya 11-02-2025, 13:00

Unikal avtomobil üçün iki milyon dollar təklif olunur

Unikal avtomobil üçün iki milyon dollar təklif olunur
Bring a Trailer" hərracında "Pagani Huayra" superkarı üçün təkliflər açıqlanıb.

Hərracın başa çatmasına bir neçə gün qalmış təklif 2 milyon dollara çatıb.

Yüksək qiymət təkcə brendlə deyil, həm də "Oceano Pacifico" ("Sakit okean") xüsusi versiyasında buraxılmış superkarın unikallığı ilə izah olunur. Bundan əlavə, bu "Huayra" 2014-cü ildən bəri cəmi 3 200 kilometrdən bir qədər çox məsafə qət edib.

Superkarın karbon gövdəsi okean mövzusuna uyğun olaraq bir neçə mavi rəng çalarları və ağ əlavələrlə rənglənib. Eyni şəkildə təkər diskləri də dizayn edilib, baxmayaraq ki, komplektə qızılı rəngli alternativ təkərlər də daxildir.

Texniki cəhətdən "Huayra Oceano Pacifico" digər superkarlardan fərqlənmir, onlardan cəmi yüzə yaxın istehsal edilib. Avtomobil AMG-nin 6 litrlik V12 mühərriki ilə təchiz olunub və 730 at gücünə malikdir. Məlumdur ki, bir müddət əvvəl ilk sahibi superkarı yenidən zavoda göndərib və orada "Huayra" əlavə olaraq "Tempesta" paketi ilə təchiz edilib. Bu paketə əlavə aerodinamik detallar, titan səsboğucu boru və xüsusi tənzimləmələrə malik "Ohlins" amortizatorları daxildir.


Unikal avtomobil üçün iki milyon dollar təklif olunur



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
143 159 11 8 9 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.