LK_18192021222324

LK_18192021222324 Xəbərlər 10-02-2025, 10:00

Qəza törədən qaziyə CƏZA VERİLDİ

Qəza törədən qaziyə CƏZA VERİLDİ
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən "Vətən müharibəsi iştirakçısı"na hökm oxunub. Loading.aZ Musavat.com-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonun Hindarx qəsəbəsində baş vermişdi. 1991-ci il təvəllüdlü Emil Sahib oğlu Mirzayevə məxsus VAZ-21011 markalı avtomobillə 1940-cı il təvəllüdlü Türbəndə Talış oğlu Quliyevə məxsus VAZ-2106 markalı avtomobil toqquşmuşdu. Qəza zamanı Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdi.

Araşdırma zamanı məlum olub ki, qəzaya səbəb Emil Mirzayevin maşını arxaya verərkən yola baxmaması olub. O, idarə etdiyi maşını yola çıxararkən arxadan gələn VAZ-2106 ona çırpılıb, daha sonra isə yol kənarındakı fərdi yaşayış evinin hasarına dəyib. Türbəndə Quliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
134 175 4 10 7 10

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.