cabir

cabir Xəbərlər 9-02-2025, 19:30

Kerç boğazında mazut sızıntısı nəticəsində 80-dən çox tələf olmuş delfin tapılıb

Kerç boğazında mazut sızıntısı nəticəsində 80-dən çox tələf olmuş delfin tapılıb
Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısı nəticəsində tələf olan delfinlərin sayı 84-ə çatıb. Sun.Az xəbər verir ki, bu barədə "İnterfaks"a "Delfa" Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley məlumat verib.

Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb.

"Hələlik gələcəkdə nə qədər delfinin tələf olacağını proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantların immuniteti əhəmiyyətli dərəcədə azaltması və bunun müxtəlif xəstəliklərə yol açması mümkün bilər", - deyə T. Beley əlavə edib.

Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan "Volqaneft 212" və "Volqaneft 239" tankerləri qəzaya uğrayıb. Qəza sonucunda dənizə təxminən 2,4 min ton mazut axıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 149 4 2 6 10

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.