ice berg

ice berg Xəbərlər 5-02-2025, 14:00

AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub

AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub
Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub.

Loading.aZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi Azərbaycan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.

"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var”, - mənbə bildirib.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 332 155 108 122 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.