LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 8-12-2015, 17:52

Bakı darıxır sənsiz

Bakı darıxır sənsiz
LoaDinG.Az xəbər saytı

Bakı darıxır sənsiz. Küçələri, binaları, həyətləri, yağışdan gizləndiyimiz dayanacaqlar darıxır sənsiz. Bulvardakı ayaq izlərimiz, Qız qalasında çəkdirdiymiz şəkillər, hamısı darıxır sənsiz. İçəri şəhərin daşlı-kəsəkli, əyri-üyrü küçələri səni istəyir. Bir dəfə "Bu küçəyə neçə daş salınıb görəsən?" demişdin sən. Neçə gün çalışdım sayıb qutara bilmədim... Çaşırdım amma sənə olan sevgimin yanında o d...aşlar nədir ki? Gözlədiyim həsrət dolu günlər o daşların sayından çooox çoxdu...
Vallah Bakı darıxır sənsiz... Xatirələrin dolaşır bu doğma şəhərdə. Sən indi hardasan, kimnənsən heç xəbərim yoxdu. Bircə onu bilirəm ki, sənsizəm. Şəhəri gəzə bilmirəm, hər yerdə sən varsan, mənə baxırsan, gülümsəyirsən, şıltaqlıq eləyirsən. Bakını görmək istəyirsən? Elə gözəlləşib ki... Uca binalar, gözəl saraylar, uzun-uzun körpülər, yamyaşıl parklar çoxalıb. İnsanlar da gözəlləşib. Bilirsən insanlar da dəyişib. Həsrətəm sənə, həsrətəm bu doğma şəhərdə, bu doğma şəhərdə qəribəm mən. Yaxşı mən heç, bəs Bakı? Bəs Bakıya olan məhəbbətin? Hardasan? Necəsən? Şükür Allaha yaşıyırıq yavaş-yavaş, min şükür... Bir xəbər yolla, bir söz yaz heç olmasa, Bakı səni görmək istəyir... Görən nə zaman qayıdacaqsan sən? Qayıdsan yaxşı olar...

Bakı darıxır sənsiz

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 612 687 646 692 705

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.