Magistral boru kəmərləri, nəqliyyat infrastrukturu obyektlərinin hüdudları dəyişdiriləcək.
Loading.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti beynəlxalq təcrübə və müasir texnoloji həllər nəzərə alınmaqla magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının hüdudlarının dəyişdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər dövlət vəsaitləri hesabına inşa edilmiş və 2023-cü il iyunun 1-dək tikintisi başa çatmış infrastruktur obyektləri ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsini təmin etməlidir.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
Magistral boru kəmərləri, nəqliyyat infrastrukturu obyektlərinin hüdudları dəyişdiriləcək
LoaDinG.Az xəbər saytı
LoaDinG.Az xəbər saytı