LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 29-12-2024, 14:49

Sabahdan 1 həftə tətildir

Sabahdan 1 həftə tətildir
LoaDinG.Az xəbər saytı
Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq. Sun.az xəbər verir ki, ölkədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır. Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün - 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.

Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

Bundan başqa, tətillə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 2025-ci ilin 4 yanvar tarixində olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
16 39 35 30 29 25

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.