cabir

cabir Xəbərlər 29-12-2024, 14:30

Dağlıq ərazilərə qar yağıb

Dağlıq ərazilərə qar yağıb
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sun.Az -a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, düşən yağıntının miqdarı Balakəndə 19, Zaqatalada 11, Kəlbəcərdə 7 , Laçında 4 , Quba, Xocalı, Neftçala, Qusar, Qobustan, Qəbələ, Şəki, Şamaxı, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şabran, Gəncədə 2 mm, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 16, Quba 7, Şahbuzda 6, Qaxda 5 sm-dir.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Sumqayıt, Binə, Pirallahı, Şərur, Hacıqabul, Daşkəsən, Göygöl, Zaqatala, Naxçıvan, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
96 74 34 41 48 56

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.