LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Şeirlər 29-12-2024, 23:00

mən gecənin adamıyam

mən gecənin adamıyam
LoaDinG.Az xəbər saytı
Gecə olur...
Günəş çəkir işığını
yavaş-yavaş yer üzündən.
Bu qübbəyə bir daş atsam,
haraylasam
lap ölümün bu üzündən.
Bir adam var, məndən özgə,
səhər-axşam fikirləşir.
Hiss edirəm günü-gündən
yaşamağım çətinləşir.
Fikirlərim düyünləşir, öz-özünə dərinləşir,
kimə fəryad eyləyirəm?
Nə salmışam, nə hay-həşir?
Söz vermişəm torpaq altda
yatan dostum, düşmənimə.
Fələk bir imkan tanısa,
qarışmasa işlərimə,
borc alardım yaşamağı
mən Tanrının əllərindən,
nə vermişəm qaytarardım
o uşaqlıq illərimdən.
Qulağını yumub o da,
deyilənə hamı kardı.
Bu dünyanın ədaləti,
insafı olsa, nolardı?!
Gecə olur..
Hamı gedir öz evinə,
doğmasına, əzizinə,
həm də sevinə-sevinə.
Amma mənim evim yoxdu,
mən küçənin adamıyam..
Yağış yağsa, islanardım,
mən gecənin adamıyam..

• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 34 34 42 22 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.