"Azərbaycan dövlətinin gücü və qüdrəti bütün məsələlərin həllini təmin edəcək"-DEPUTAT

"Qəzaya uğrayan Azərbaycan hava gəmisi çox böyük bir faciədir. Sözün əsl mənasında hər birimizi dərin sarsıtdı. Biz orada həlak olan insanlara Allahdan rəhmət diləyir və yaralanmış insanların sağalmasını arzulayırıq. Hələlik, faciə ilə bağlı dövlət komissiyası çalışır. Ölkə başçımız cənab İlham Əliyev faciə başlayan andan bütün məsələni öz nəzarətinə götürüb. Dövlət öz üzərinə götürdüyü bütün işləri görür. Bundan sonra da baş vermə səbəbləri və baş verəcək digər prosedurların hər biri həm istintaq komissiyası, həm də baş nazirin rəhbərlik etdiyi komissiya tərəfindən araşdırılacaq və dolğun məlumatlar veriləcək". Bunu Sun.Az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərli bildirb.
O, qeyd edib ki, hazırkı vəziyyətdə araşdırmalar gedir, burada həm Azərbaycan, həm də Qazağıstan nümayəndələri gərgin iş rejimi ilə çalışır. Rusiya istintaq qrupu da bu məsələlər üzərində işləyir. Qardaş Türkiyədən də bu sahə üzrə mütəxəssislər cəlb olunub. Hadisə tam nəzarət altındadır. Düşünürük ki, hadisənin necə baş verməsi və faciəyə yol açması incəliklə araşdırılacaq. Bu faciədə əli olan insanlar mütləq cəzalandırılacaq:
"Azərbaycan dövlətinin gücü və qüdrəti bütün bu məsələlərin həllini təmin edəcək. Hələlik rəsmi məlumat və yekun fikirlər yoxdur. Amma hazırda mətbuatda olan məlumatlara görə təyyarənin Qroznu səmasında Rusiya tərəfindən raketlə vurulması versiyası gündəmdədir. Təyyarədə ola sərnişinlərin və ekipaj üzvlərinin açıqlaması mövcuddur. Həmin açıqlamalarda qeyd olunur ki, təyyarəyə kənar müdaxilə edilib.
Qroznu üzərində olan zaman Ukrayna pualarından müdafiə olunmaq üçün əməliyyatlar keçirilib. Bu da təyyarəyə kənar müdaxilənin olunması faktını gerçəkləşdirir.
Niyə təyyarəyə kənar müdaxilə olunduqdan sonra Qroznu hava məkanı enişə icazə verməyib? Niyə Azərbaycanın mülki təyyarəsinə öncədən xəbər verilməyib? Nə üçün təyyarə yaxın ərazilərdə yerə eniş etmək istədə də buna icazə verilməyib? Nəyə görə məhz təyyarənin Xəzər dənizi üzərindən Aktauya getməsi tövsiyə edilib?
Bu sualların hər birinin cavabı hələ ki, yoxdur. Komissiyanın işi, qara qutunun açılması və oxunması sualların cavabı olacaq.
Mülki təyyarələrin xarici təsirlərlə vurulması, zədələnməsi bir neçə beynəlxal konvensiya ilə də hüquqları qorunmaqdadır.
44 günlük Vətən müharibəsinin sonlarında Rusiya helikopterinin vurulması nəticəsində Azərbyacan rəsmən üzr istəmiş və kompensasiyanın ödənilməsini təmin etmişdir.
Göstərilən faktlar rəsmi təsdiqini tapacaqsa Rusiya tərəfi üzərinə düşən bütün prosedurları yerinə yetirməlidir".