ice berg

ice berg İdman 27-12-2024, 23:00

"Srvena Zvezda" Juninyo üçün nə qədər pul təklif edib?

"Srvena Zvezda" Juninyo üçün nə qədər pul təklif edib?
“Qarabağ”ın hücumçusu Olavio Juninyoya “Sevilya”dan əvvəl “Srvena Zvezda”nın maraq göstərməsi haqda xəbər vermişdik.

Loading.az saytına verilən məlumata görə, əslində, Serbiya klubu braziliyalı hücumçu üçün 3 milyon avro təklif edib.

Amma “Sevilya”nın israrlı təklifi forvardın fikrini yalnız İspaniya klubuna yönəldib. Belə olan halda, “Srvena Zvezda” onun uğrunda mübarizədə geri çəkilib. “Qarabağ”ın hücumçusunun İspaniya La Liqasına getmək istəyi daha çox olub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-cü il iyulun 1-də “Çaveş”dən “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
167 178 127 98 122 106

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.