LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Xəbərlər 25-12-2024, 14:44

Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var - XİN

Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var - XİN
LoaDinG.Az xəbər saytı
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsiNİN Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri araşdırılır. Loading.aZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğuhadisə yerində fəaliyyət göstərir.

"Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür",-məlumatda qeyd edilib.

Əlavə edilib ki, təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var:

"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq faciəvi qəza ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
35 30 40 38 43 35

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.