LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Avto Dünya 24-12-2024, 22:00

"Mercedes"in loqosunu istehsal edən şirkət müflis oldu

"Mercedes"in loqosunu istehsal edən şirkət müflis oldu
LoaDinG.Az xəbər saytı

“Mercedes-Benz” avtomobilləri üçün üçbucaqlı ulduz nişanları istehsalı ilə tanınan alman plastik istehsalçısı “Gerhardi Kunststofftechnik GmbH” müflis olduğunu elan edib.

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, şirkət bu qərarı artan xərclər və tələbatın azalması səbəbindən verib. Eyni zamanda, onun 1500 işçisinin gələcəyi qeyri-müəyyən olaraq qalır.

“Gerhardi” sənayedəki böhrandan təsirlənən yeganə şirkət deyil. Bir çox avtomobil komponentləri istehsalçıları kimi, avtomobil istehsalçıları da istehsalın azaldılması səbəbindən uzun müddət ayaqda qalmaq üçün mübarizə aparır. Sonuncular isə öz növbəsində satışın aşağı olması və elektriklə işləyən avtomobillərə keçidlə bağlı çətinliklər nəticəsində belə tədbirlər görürlər.

“Gerhardi” şirkəti 1796-cı ildə metal məmulatların istehsalçısı kimi yaradılıb. 20-ci əsrdə o, “Mercedes-Benz Group AG” üçün barmaqlıqlar, tutacaqlar və xrom bəzəklərin əsas təchizatçısına çevrilib. Daha sonra marka Almaniyadan avtomobil istehsalçısına məhsul tədarükünü davam etdirərək plastik məhsulların istehsalına keçib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
109 124 98 106 89 101

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.