LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY İdman 24-12-2024, 13:13

Hakim Ziyeş İtaliya A seriyasında çıxış edən klublardan təklif alıb

Hakim Ziyeş İtaliya A seriyasında çıxış edən klublardan təklif alıb
LoaDinG.Az xəbər saytı
"Qalatasaray"ın müqaviləsini ləğv etməyə hazırlaşdığı Hakim Ziyeşin yeni ünvanı, çox güman ki, İtaliya A seriyası olacaq.

Loading.Az xəbər verir ki, Səudiyyə Ərəbistanından "elçi"ləri olan mərakeşli ulduzun prioriteti Avropadır. İtaliya komandalarının da radarında olan Ziyeş karyerasında bir ilk yaşaya bilər.

Belə ki, "Komo", "Venetsiya", "Kalyari" və "Torino" kimi komandalar Ziyeşin vəziyyətini yaxından izləyir.

Mərakeşli ulduz bu komandalardan birinə getsə, karyerasında bir ilk yaşayacaq. "Tvente", "Ayaks", "Çelsi" kimi klublarda forma geyən Ziyeş karyerasında ilk dəfə İtaliyada çıxış edəcək.

Təcrübəli futbolçu ilə İtaliya komandalarından başqa, "İpsviç" və "Vest Hem"in də maraqlandığı iddia edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
42 39 39 22 54 37

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.