LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 24-12-2024, 08:30

Pensiya, müavinət və təqaüdlər artırıldı - Sərəncam

Pensiya, müavinət və təqaüdlər artırıldı - Sərəncam
LoaDinG.Az xəbər saytı
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq. Sun.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğləri də artırılacaq.

Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, hazırda minimum pensiya məbləği 280 manatdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
53 24 31 33 40 30

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.