LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY Xəbərlər 23-12-2024, 20:15

Azərbaycanda müəllimlər üçün ŞAD XƏBƏR

Azərbaycanda müəllimlər üçün ŞAD XƏBƏR
LoaDinG.Az xəbər saytı
Azərbaycanda müəllimlər üçün gələn ildən etibarən bir çox güzəştlərin tətbiq edilməsi nəzərədə tutulub.

LOADİNG.AZ-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, bəzi müəllimlərə xüsusi güzəştli təhsil kartları təqdim olunacaq.

Təhsildə fərqlənən müəllimlər əldə etdiyi xüsusi kartlar vasitəsilə bir çox güzəştlər əldə edəcəklər.

Hazırda dünyanın bir çox ölkəsində müəllimlər üçün xüsusi güzəştli təhsil kartları mövcuddur. Bu kartlar, müəllimlərin peşəkar və şəxsi həyatlarını asanlaşdırmaq məqsədilə müxtəlif sahələrdə endirim və imtiyazlar təqdim edir. Bu kart vasitəsilə müəllimlər nəqliyyat, yaşayış, muzey, teatr və digər mədəniyyət obyektlərində endirimlərdən yararlana bilərlər.

Azərbaycanda da müəllimlərin nəqliyyat, səhiyyə, mədəniyyət obyektlərinə giriş və alış-veriş sahələrində endirimlərdən istifadə edə bilmələri üçün işlər aparılır. Bu istiqamətdə ölkənin aparıcı banklardan biri ilə görüş də keçirilib. Görüş zamanı hansı müəllimlərin müəyyənləşəcək güzəştlərdən istifadə edəcəyi müzakirə olunub.

Mövzu ilə bağlı Təhsilin İnkişafı Fonduna müraciət etdik və məlumatın nə qədər doğru olmasını dəqiqləşdirməyə çalışdıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, bu istiqamətdə işlər görülür: "Yaxın gələcəkdə müəllimlər üçün təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaq. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 42 38 44 23 29

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.