LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Şeirlər 23-12-2024, 23:00

Qar yağdı güvənc yerimə

Qar yağdı güvənc yerimə
LoaDinG.Az xəbər saytı
Qar yağdı güvənc yerimə,

Əlim-ayağım güməşdi.

İyirmi vatlıq lampanı

Elə bilmişəm günəşdi.



Ömrün qartal illərində

Qıyım dağlara çırpıldı,

Səsimə hay vermədilər

Hayım dağlara çırpıldı.



Külə körükçülük etdim

Qurularla höyüş yandım.

Məni öz içimdən yeyən

Qurdu o biri qurd sandım.



Əppəyə nə vicdan satdım,

Nə də mənliyə dəyişdim…

Gözəlliyi nə donlara,

Nə də ənliyə dəyişdim.



Tək qaldım, toyuqlar üçün

Toyuq hinində fal kimi,

Darvazalara vurulmuş

Dırnağa həsrət nal kimi.



Şərti şumda kəsəmmədim

Xışım kötüyə ilişdi.

Qarğaları qovammadım

Əlim tətiyə ilişdi.



Hər gələnə qucaq açıb

Urvatla yola salmışam.

Özüm piyada qalsam da,

Ağ atla yola salmışam.



Dostun noxtasını çəkdim,

Noxtamı əllərə verdi.

Gəmisinə mayak oldum,

Buxtamı sellərə verdi.



Meyvə ağacı olsam da

Susuz səhraya əkildim.

İuda öpüşləriylə

Yüz yol carmıxa çəkildim.



Dar ayaqda yaxınlar da

Mənə dar ağacı oldu.

Adını bilmədiklərim,

Yadlar qardaş, bacı oldu.



Çidarlandı ayaqlarım,

Dünəndən qaça bilmədim.

Qanadlarımı qırdılar,

Sabaha uça bilmədim.



Oxlovlara kündəsini

Yaymaq üçün peşqun oldum.

Xəmiri sıyıq olana

Urvalıq üçün un oldum.

Azər Musaoğlu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
62 69 47 37 52 45

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.