LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY Xəbərlər 22-12-2024, 19:00

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
LoaDinG.Az xəbər saytı
ABŞ-nın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) tez bir zamanda çıxmasında israrlıdır.

Loading.Az-ın "Financial Times"a istinadən verdiyi xəbərə görə, Trampın ətrafı ölkənin təşkilatdan çıxmağını yanvarın 20-də inauqurasiya günü elan etməyi planlaşdırır.

Ekspertlər ABŞ-nin qurumu tərk etmək planını qlobal sağlamlıq üçün "fəlakətli" adlandırıblar, çünki ölkə ÜST-nin ən böyük donorudur.

Son illərdə Vaşinqton qurumun maliyyəsinin təxminən 16%-ni təmin edib.

Xatırladaq ki, Tramp 2020-ci ilin yayında ilk prezidentlik müddətində ABŞ-nin ÜST-dən çıxması prosesinə artıq start vermişdi. O, təşkilatı Çinin maraqlarına xidmət etməkdə və koronavirusun yayılması səbəbindən müvafiq tədbirlərin görülməməsində ittiham etmişdi. Rəsmi olaraq ABŞ 2021-ci ilin iyulunda təşkilatı tərk etməli idi, lakin Co Bayden prezidentliyinin ilk günündə Trampın sərəncamını ləğv etmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
53 47 39 40 47 30

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.