LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY Xəbərlər 22-12-2024, 18:26

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
LoaDinG.Az xəbər saytı
Avropa İttifaqı 2025-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatların başlamasının ildönümündə Rusiyaya qarşı yeni, 16-cı sanksiyalar paketini qəbul etməyi planlaşdırır.

Loading.Az xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Məlumatlı diplomatlar nəşrə bildiriblər ki, yeni paket "Rusiya iqtisadiyyatının indiyədək sanksiyalarla kifayət qədər əhatə olunmayan xüsusi sektorlarına qarşı tədbirlər"dən ibarətdir.

Xatırladaq ki, bu həftə Avropa İttifaqının sammiti zamanı Macarıstanın baş naziri Viktor Orban yeni sanksiyaları təsdiqləməkdən imtina edib və Aİ liderlərinə yanvarın 20-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimini gözləmək, yalnız bundan sonra qərar qəbul etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Aİ artıq Rusiyaya qarşı 15 sanksiya paketini təsdiqləyib və onların qüvvədə olma müddəti hər altı aydan bir avtomatik uzadılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
41 34 38 37 49 44

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.