LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Xəbərlər 22-12-2024, 17:40

Ərdoğan Suriyaya gedəcək

Ərdoğan Suriyaya gedəcək
LoaDinG.Az xəbər saytı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir. Loading.aZ xəbər verir ki, bunu Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür. Diplomat Ərdoğanın mümkün səfərinin tarixini açıqlamayıb.

Burhan Koroğlunun sözlərinə görə, Türkiyə-Suriya münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini açıqlayıb. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
41 44 47 51 36 30

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.