LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Xəbərlər 22-12-2024, 12:00

Böyük Britaniya ABŞ-a yeni səfir təyin edib

Böyük Britaniya ABŞ-a yeni səfir təyin edib
LoaDinG.Az xəbər saytı
Böyük Britaniyanın Baş naziri Kir Starmer leyborist siyasətçi, sabiq nazir və Avropa İttifaqının ticarət komissarı Piter Mandelsonun ABŞ-a növbəti səfir təyin olunduğunu təsdiqləyib.

Loading.aZ xarici qaynaqlara istinadən xəbər verir ki, 71 yaşlı Mandelson gələn ilin əvvəllərində vəzifəsinin icrasına başlayacaq.

“ABŞ bizim ən mühüm müttəfiqlərimizdən biridir və dostluğumuzun yeni mərhələsinə keçərkən Piter bu vəzifəyə bənzərsiz təcrübə gətirəcək və tərəfdaşlığımızı daha da gücləndirəcək”, - deyə Baş nazir bəyanatında bildirib.

ABŞ-ın yeni prezidenti Donald Trampın yaxın müttəfiqi İlon Maskın tənqidlərinə məruz qalan Britaniya liderinin bu təyinatı maraq doğurub. Mandelson hazırda Vaşinqtondakı səfir vəzifəsini yerinə yetirən və Trampın komandası ilə güclü əlaqələr qurmaqla tanınan Karen Pirsi əvəzləyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
28 52 30 28 46 30

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.