ice berg

ice berg Məsləhətlər 21-12-2024, 11:00

İnfarktın qarşısını almağın sadə yolu: 3-4 dəqiqə…

İnfarktın qarşısını almağın sadə yolu: 3-4 dəqiqə…
Dünyada təxminən 300 milyondan çox ürək xəstəsi var və 2 milyarddan çox insan ürək xəstəliyi riski altındadır.

Ürək-damar xəstəlikləri hər il 18,6 milyondan çox insanın ölümünə səbəb olur.

Ürək-damar xəstəliklərindən ölənlərin üçdə biri 70 yaşdan aşağı insanlardır. Bu ölümlərin 85 faizi infarkt və insult nəticəsində baş verir.

Ürək-damar xəstəlikləri ən mühüm sağlamlıq problemlərindəndir. Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, 2021-ci ildə ölkədə ölümlərin 33,4 faizi qan dövranı sistemi xəstəliklərindən qaynaqlanıb. Bu o deməkdir ki, hər üç dəqiqədə təxminən bir nəfər ölür. Hər il təxminən 300 min insan infarkt keçirərkən, xərçəng səbəbiylə itkilər bu rəqəmin yarısını təşkil edir. Ürək-damar xəstəliklərindən ölümlərin 80 faizi tütün istifadəsi, qeyri-sağlam qidalanma, hərəkətsizlik kimi idarə oluna və qarşısı alına bilən risk faktorları ilə bağlıdır.

Həkim Güner Sönmez sosial şəbəkədə yeni araşdırmasının nəticələrini paylaşıb:

“Pilləkənləri qalxmaq və ya avtobusa çatmaq üçün qaçmaq kimi nəfəsinizi kəsən yüksək enerjili fəaliyyətlər infarkt riskini azaldır. Gündə yalnız 1,2 – 1,6 dəqiqə intensiv fiziki fəaliyyətlə məşğul olmaq lazımdır. Gündə orta hesabla 3-4 dəqiqə güclü fiziki fəaliyyət yerinə yetirildikdə infarkt keçirmə ehtimalı azalır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 88 62 53 33 41

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.