LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY Xəbərlər 20-12-2024, 14:40

Bəhruz Əzimov: "TTKF-dən yararlanmış 6500-dən çox tələbə məzun olub"

Bəhruz Əzimov: "TTKF-dən yararlanmış 6500-dən çox tələbə məzun olub"
LoaDinG.Az xəbər saytı
"Təhsil Tələbə Krediti Fondunun (TTKF) yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur. 23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfər, 1 069 ailədə 2 nəfər, ümumilikdə isə 2 318 nəfər tələbə adı qazanaraq təhsil tələbə krediti alıb".

Loading.Az xəbər verir ki, bu fikirləri TTKF-nin 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə qurumun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.

O qeyd edib ki, TTKF-dən yararlanmış 6 500-dən çox tələbə məzun olub və götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başlayıb:

"Sosial kredit almış 173 tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən onlara bağışlanıb. 400-ə yaxın standart kredit almış məzunda isə bu güzəşt 25% təşkil edib. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min manat olub".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
46 57 38 38 34 34

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.