LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Xəbərlər 19-12-2024, 23:00

Kolumbiya hökuməti Azərbaycana təşəkkür edib

Kolumbiya hökuməti Azərbaycana təşəkkür edib
LoaDinG.Az xəbər saytı
İki ölkə arasında mövcud olan dostluq əlaqələrinin təcəssümü kimi Azərbaycan Hökuməti Kolumbiyaya yüz min ABŞ dolları məbləğində humanitar maliyyə yardımı ayırmağa qərar verib. Bu yardım Kolumbiyanın Duitama şəhər bələdiyyəsinin ərazisində yerləşən nadir ekosistemlərdən hesab olunan paramo qoruqlarının üzləşdiyi ekoloji problemlərin həlli üçün nəzərdə tutulub.

Loading.aZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan tərəfindən bu humanitar yardımın rəsmi təqdimatı üçün və Duitama şəhərinin meri Xose Luis Borkezin dəvəti əsasında iqamətgahı Mexiko şəhərində olmaqla, ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov həmin şəhərə səfər edib. Şəhər meri və səfirin başçılığı ilə, Kolumbiyanın Milli Təbiət Parkları və yerli aidiyyəti qurumlarının nümayəndələri, fəallar və KİV təmsilçilərindən ibarət heyət 4000 metrə qədər yüksəkliklərdə yerləşən paramoları ziyarət edib, onların zəngin fauna və flora aləmi ilə yerində tanış olub. Səfər zamanı azərbaycanlı qonaqlar paramoların əhəmiyyəti, eləcə də bu özünəməxsus ekosistemlərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumatlandırlıb, ekosistemlərin bərpası üçün yaradılmış laboratoriyaların işi ilə tanış olublar.

Məlumat üçün bildiririk ki, paramolar And dağlarının yüksək yamaclarında yerləşməklə susaxlayıcı, iqlimtənzimləyici, sanitar-estetik və s. əhəmiyyətə malik olan ekoloji sistemlərdir. Planetimizin mühafizəsi baxımından Amazon hövzəsi qədər əhəmiyyətli olan bu ekosistemlər Kolumbiyanın şirin su ehtiyatlarının 70%-ni təşkil edir.

Daha sonra Duitama şəhərinin “Azadlıq Meydanı”nda kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı ilə brifinq keçirilib. Mer X.L.Borkez Azərbaycan hökuməti tərəfindən göstərilən yüksək diqqətə və maliyyə yardımına görə şəhər adından minnətdarlığını çatdırıb, ayrılan vəsaitin paramoların bərpası və mühafizəsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
71 69 42 31 53 44

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.