LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg İdman 19-12-2024, 21:21

Mbappe "Real"da onların naliyyətini təkrarladı

Mbappe "Real"da onların naliyyətini təkrarladı
LoaDinG.Az xəbər saytı
“Real Madrid”in fransalı hücumçusu, Meksikanın “Paçuka” klubu ilə 2024-cü il Qitələrarası Kubokun final oyununda (3:0) qələbə qolunu vuran və məhsuldar ötürmə edən Kilian Mbappe Madrid klubunun futbolçuları üçün nadir nailiyyətə imza atıb.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, Mbappe son 10 ildə “Real Madrid” üçün ilk iki finalda qol vuran üçüncü futbolçu olub. Əvvəllər bu nailiyyəti uelsli vinger Qaret Beyl (2014) və ispaniyalı Marko Asensio (2017) əldə ediblər.

Xatırladaq ki, Mbappe daha əvvəl “Los Blancos”un tərkibində UEFA Superkubokunu qazanıb.

Bu mövsüm Mbappe klubda bütün turnirlərdə 23 oyunda forma geyinib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
98 91 51 53 48 38

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.