Türkiyənin İzmit bölgəsində dostlu ilə dava edən Emrə Aydın ona odlu silahdan atəş açaraq qətlə yetirib. Sun.Az türk mediasına istinadən xəbər verir ki, çevrədəki şəxslər tərəfindən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri çağırılıb.
Həkimlər müdaxilə etsə də, zərərçəkən şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Emrə Aydın polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib. Hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
