LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY İdman 16-12-2024, 14:44

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək
LoaDinG.Az xəbər saytı
Bu gün Azərbaycan Premyer Liqasında XVII tura bir görüşlə yekun vurulacaq.

Loading.Az xəbər verir ki, son oyun günündə "Qarabağ" - "Sumqayıt"ı qəbul edəcək.

Görüş saat 19:00-da, "Azərsun Arena"da keçiriləcək.

Xatırladaq ki, turun digər oyunlarında "Neftçi" "Kəpəz"i 2:1, "Sabah" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Turan Tovuz", "Şamaxı" - "Səbail" matçlarında isə hesab açılmayıb.

Qeyd edək ki, aktivində 39 xalı olan "Araz-Naxçıvan" turnir cədvəlinin vahid lideridir. "Qarabağ" 38 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 31 xalla "Turan Tovuz" qapayır. "Zirə" 27 xalla 4-cü, "Sabah" isə 26 xalla 5-cidir. 6-cı pillədəki "Sumqayıt"ın 19 xalı var. "Neftçi" 16 xalla 7-ci sırada qərarlaşıb. "Şamaxı" 14 xalla 8-ci, "Kəpəz" isə 10 xalla 9-cudur. Sonuncu pillədəki "Səbail"in isə cəmi 9 xalı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
74 72 21 21 39 22

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.