LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Memmedova

Memmedova Xəbərlər 15-12-2024, 21:40

"Azercell Telecom" abunəçilərinə müraciət edib

"Azercell Telecom" abunəçilərinə müraciət edib
LoaDinG.Az xəbər saytı
Son vaxtlar "Azercell Telecom" bəzi abunəçilərinin özünü şirkətin və yaxud rəsmi dilerin əməkdaşı kimi təqdim edən şəxslərin, “WhatsApp” mesaj mübadilə sistemi və digər əlaqə kanallar üzərindən yeni xidmətlərin istifadəsi və tətbiqlərin yenilənməsi, saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq niyyəti olan cəhdlər ilə qarşılaşdıqlarına dair məlumatlar əldə edir.

Bu barədə "Azercell Telecom"un abunəçilərinə müraciətində bildirilir.

"Qeyd olunan xoşagəlməz halların şirkətimiz ilə heç bir əlaqəsi olmadığını nəzərə almağı və oxşar hal ilə qarşılaşdıqda zərərçəkmiş şəxslərə dərhal hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.

Göstərilənlər ilə əlaqədar “ Azercell Telecom” abunəçilərini aşağıdakı təhlükəsizlik şərtlərinə riayət etməyə çağırır:

Tanımadığınız və qeyri-rəsmi şəxslər tərəfindən, saxta və cəlbedici şərtlər ilə nömrə təklifi edən və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişlər etməyin;

Azercell (və ya digər şirkət/şəxs) adından gələn zənglərin rəsmi olduğuna əmin olmadan heç bir tədbir görməyin;

Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

Şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s. yararlanmayın;

SMS, “Whatsapp” və sair əlaqə vasitəsilə göndərilən mesajlarda şübhəli linklərə keçid etməyin;

Etibar doğurmayan internet resurslardan istifadə etməyin;

Mesaj mübadilə sistemləri və sosial şəbəkələrdə ikiqat autentifikasiya aktivləşdirin;

Xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrələri 3-cü şəxslərə bildirməyin;

Hər hansı çətinliklə qarşılaşdıqda dərhal bu barədə müvafiq tətbiqin aidiyyəti sosial şəbəkə/mesaj mübadilə sisteminin Yardım Mərkəzinə müraciət edin", - deyə müraciətdə qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
42 42 23 31 28 41

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.