LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY İdman 4-12-2024, 15:14

Harri Keynin davam edən "lənət"i

Harri Keynin davam edən "lənət"i
LoaDinG.Az xəbər saytı
Almaniyanın "Bavariya" klubu İngiltərə millisinin futbolçusu Harri Keyni transfer etdikdən sonra titul qazana bilməyib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi ötən gün ölkə kubokunun 1/8 final mərhələsində "Bayer"ə uduzaraq mübarizəni dayandırıb. Minimalhesablı qələbə qazanan leverkuzenlilər növbəti raunda adlayıblar.

"Bavariya" isə 31 yaşlı hücumçunu heyətinə qatdıqdan sonra titul qazanmaq üçün altıncı fürsəti əldən verib. "Bavariya" iki dəfə erkən mərhələdə Almaniya Kubokundan kənarlaşdırılıb, ötən ilin yayında Almaniya Superkuboku uğrunda matçda uduzub. Bundan başqa, 2023/2024-cü illər mövsümündə Bundesliqanı 3-cü pillədə bitirib və superkubok matçına vəsiqə qazana bilməyib. Eləcə də ötən mövsüm Çempionlar Liqasının yarımfinalında İspaniya "Real Madrid"inə məğlub olub.

Qeyd edək ki, 2023-cü ilin yayında İngiltərənin "Tottenhem" klubundan "Bavariya"ya keçən Harri Keyn karyerası ərzində heç bir kubok qazanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
36 43 31 32 64 36

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.