LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 30-11-2024, 22:50

Moskvada miqrantlara QR-kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək

Moskvada miqrantlara QR-kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək
LoaDinG.Az xəbər saytı
Rusiyanın paytaxtı Moskvada miqrantlar üçün şəxsi məlumatları və QR-kodu olan xüsusi şəxsiyyət vəsiqələri tətbiq ediləcək. Sun.Az NEWS.ru-ya istinadən xəbər verir ki,

Qeyd olunur ki, şəhərdə miqrantlarla bağlı yeni nəzarət tədbiri həyata keçiriləcək.

Vəsiqədə QR-kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq - bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.

Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa imkan edəcək. Sənəd, həmçinin cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.

Xatırladaq ki, dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
43 70 32 27 46 31

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.