LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY İdman 13-11-2024, 10:28

"Monako"nun keçmiş futbolçusu zorlamada təqsirli bilindi

"Monako"nun keçmiş futbolçusu zorlamada təqsirli bilindi
LoaDinG.Az xəbər saytı
"Monako"nun keçmiş hücumçusu Vissam Ben-Yedder zorlamada təqsirli bilinib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə RMC Sport agentliyi məlumat yayıb.

Məhkəmə, oyunçunu 6.5 ​​min avro məbləğində təzminat ödəmək öhdəliyi ilə iki il şərti həbs cəzasına məhkum edib.

Oktyabrın 16-da prokuror futbolçuya 2 il 6 ay həbs cəzası istəyib ki, onun 18 ayı şərti cəza kimi nəzərdə tutulub. Məhkəmə zamanı Ben-Yedder həmin vaxt sərxoş olduğu və təfərrüatları xatırlamadığı üçün ifadə verə bilmədiyini deyib. Müdafiə tərəfi həmçinin bildirib ki, Ben-Yedder hazırda alkoqol asılılığından müalicə alır.

Ben-Yedderin 34 yaşı var və 2019-2024-cü illərdə "Monako"da çıxış edib. 2019/20 mövsümündə o, Kilian Mbappe ilə birlikdə Fransa çempionatının bombardiri olub (18 qol).

Ben-Yedder Fransa millisində 19 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Komanda ilə birlikdə Millətlər Liqasının qalibi olub (2021).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 36 29 55 35 44

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.