LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 10-11-2024, 15:30

Bu ölkədə meymunlar genişmiqyaslı axtarışa verildi

Bu ölkədə meymunlar genişmiqyaslı axtarışa verildi
LoaDinG.Az xəbər saytı
ABŞ-da tibbi araşdırmaların aparıldığı laboratoriyadan 43 meymun qaçıb. Sun.Az lent.az-a istinadən xəbər verir ki, polis meymunların yerli əhali üçün təhlükə yaratmadığını bildirib və genişmiqyaslı axtarışlara başlayıb.

Səlahiyyətlilər yerli əhaliyə qapı və pəncərələri bağlı saxlamağı tövsiyə edib.

Meymunların ABŞ-ın Cənubi Karolina ştatında yerləşən "Alpha Genesis" adlı şirkətinə bağlı tədqiqat laboratoriyasından qaçdığı açıqlanıb. Yemassi polisi qaçaq meymunların təxminən 3,2 kq ağırlığında gənc və dişi olduğunu, həmçinin bölgədə tələlərin qurulduğunu, eləcə də meymunların termal kameralarla izləndiyini açıqlayıb.

Yemassi polis rəisi Qreqori Aleksandr mətbuat konfransında bildirib ki, meymunlar yerli sakinlər üçün təhlükə yaratmır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
37 28 56 24 41 46

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.