SeBiNe166

SeBiNe166 İslam Dini 19-08-2017, 17:51

Həzrəti Fatmeyi Zəhra haqqında maraqlı hekayə

Həzrəti Fatmeyi Zəhra haqqında maraqlı hekayə
[hide]

Həzrəti Fatmeyi Zəhra haqqında maraqlı hekayə

Həzrəti Fatimeyi Zəhra bir gün atası peyğəmbərimiz Məhəmməd (s.a.s)in yanina gəlib dedi:

Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək?

Peyğəmbərimiz:

Filan məhəllədə bir qadin var. O qadın cənnətə ilk girəcək qadındır, buyurdular.

Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək, ata? — deyə soruşdu.

Həzrəti Peyğəmbərimiz:

Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarını da öyrənərsən.

Çox maraqlanan HZ.Fatimə bir gün həmin qadının evini axtara-axtara gəlib tapır və qapını döyür.

İçəridən qoca bir qadın səsi esidildi:

Kimdir?

HZ.Fatimə özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın:

Canim sənə qurban, ey Allah Rəsulunun qızı, səninlə görüşməyi çox istəyirdim lakin bayıra çıxmadığım üçün ziyarətinizə gələ bilmirdim. Həyat yoldaşımdan icazə almayınca sizi içəri ala bilmərəm, üzr istəyirəm, canım sənə qurban. Sabah inşAllah gələrsiniz və mən də yoldaşımdan icazə alaram gorüşərik.

HZ.Fatimə sağollaşıb geri döndü, qadın da axşam əri gələndə məsələni başa salıb icazə aldı. İkinci gün qadınla görüşəcəyinə əmin olan HZ.Fatimə yanında Hz Həsəni də götürüb gəlir. Qapını döyür və gəldiyini bildirir. Qadın HZ.Fatimənin yanındakı uşağı görüb deyir:

Üzr istəyirəm, mən ərimdən yalnız sizin üçün izn almışdim, istəyirsiniz siz girin, uşaq bayırda gözləsin. Yada ərimdən uşaq üçün də icazə alaram, sabah birlikdə gələrsiniz.

HZ.Fatimə geri dönüb sabahı gözlədi. Sabah yanında birdə HZ.Hüseyni də gətirdi və yenə həminki kimi geri döndü.

Qadın ərindən üçünə də icazə aldı və HZ. Fatiməni gözləməyə başladı. 4-cü gün Hz.Fatimə uşaqlarla birgə qadının evinə gəldi və içəri daxil olub salamlaşdı. Baxıb gördü ki, qapının arxasından danışan yaşlı qadin gözəl ve yaraşıqlı bir xanımdı. Hz.Fatimə təəccüblənib soruşdu:

Mənimlə danışarkən səsiniz çox yaşlı qadın səsiydi, indi isə tam əksinə.

Sizinlə danışarkən səsim bayıra çıxırdı, yad kişilər eşitməsin və günaha batmayım deyə ağzıma bir daş parçası almışdım. İndi isə o daşı çıxartdım.

Hz.Fatimənin gözləri dolmuşdu. Atasının niyə ilk cənnətə girən qadının bu olduğunu söylədiyini başa düşdü.

Qadın HZ.Fatiməyə:

Ey Allah Rəsulunun qızı! İndi mən yoldaşıma qarşı vəzifəmi yerinə yetirmiş olurammı? Allah məni ərimə qarşı hesaba çəkər deyə, çox qorxuram. HZ.Fatimə Atasının müjdəsini bildirdi:

Yox! Sən Atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən. Heç bir qadın sizin etdiyinizin yüzdə birini etməz.

VƏ CƏNNƏTƏ GİRƏCƏK İLK QADINLA SÖHBƏTDƏN SONRA İCAZƏ ALIB EVƏ DÖNDÜ.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 187 165 116 154 114

Oxşar xəbərlər Digər trend xəbərləri

6 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. L e o n 22 avqust 2017 17:00 0

    Gozel xeberdi Allah razi olsun.
  2. ♥️♥️♥️♥️♥️

    Kukulka 19 avqust 2017 19:30 0

    cox sagolunn davamli olsun Inwallah
  3. Ulya 19 avqust 2017 19:25 0

    Allah razı olsun dəyərli xəbər üçün
  4. Esmeralda

    Esmeralda 19 avqust 2017 19:18 0

    Gozel meqaleye gore tewekkurler canim.
  5. LaLə

    ÊLfid 19 avqust 2017 19:15 0

    Oxumuşdum bunu)) chox maraqlı hekayedi))
  6. Mələy0001 19 avqust 2017 18:41 0

    Mənim gözəl bacım ilk xəbərin uğurlu olsun gözləyirəm belə dəyərli xəbərlərini

    Mənim gözəl bacım ilk xəbərin uğurlu olsun gözləyirəm belə dəyərli xəbərlərini

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.