amon

amon Sevgi 19-08-2017, 00:11

Çox da çətin deyil

Çox da çətin deyil
Çox da çətin deyil

Çox uzaqlarda axtarmayın. Çox da böyütməyin gözünüzdə. Kiçik bir şey olduğunu düşünün və ürəyinizə sığdırın. Bəli sevgi hər yerdədir. Yetər ki sən onu tapmaq istə. Sevgini tapmaq asan, çətin olan onu əlində tuta bilmək.

Sevgi çiçək kimi əmək istər. Fədakarlıq etmək lazımdır. Ürəyimizə sığdırdığımız sevgini bir parça eşqdən ayrı tutmaq lazımdır. Eşq, insanın həm ən güclü, həm də ən zəif olduğu duyğudur. Çünki təklifsiz, gözlənilmədən, mənfəətsiz yaşanar. Orada, nə bir qönçə gülün kölgəsinə yer vardır nə də bir quşun qanadına...

Çox vaxt tək hiss edərik özümüzü izdihamlarda, saxta olan gülücüklərə, saxta gülücüklərlə cavab verərik. Darıxdırıcı bir səhərə mərhaba dediyimizdə... Sevgi elə bir anda qarşımıza çıxar ki... Bir gülümsəmə ürəyimizin tarlasında çiçəklər açar, rəngarəng, birdən mövsüm yaz olar. Sevgiylə gülən gözlər... Bizi alıb aparar sevgi diyarına...

Sevgi heç kimin kassasında gizli deyil. ONun yeri ürəklərdədir. Bir ananın ürəyindədir, uşağına verə bilmək üçün. Sevdalının ürəyindədir, sevgilisinə təqdim etmək üçün.

Bəli sevgi hər yerdədir. Yetər ki sən sevgini yaşamaq istə... Hər şeydən əhəmiyyətli olan insan sevgisi heç şübhəsiz. Yunus Əmərənin dediyi kimi, "Ben gelmedim dava için benim işim sevgi için" insanlar özlərini sevgidən uzaqlaşdırdılar. Dahası içlərindəki duyğuları basdırdılar. Sevginin yerinə pulu, şöhrəti qoydular. Ətraflarına gülümsəməyi və müsbət enerji vermənin yerinə ayrı-seçkilikçiliyi qoydular. Mövlana nə gözəl demiş "Nə olsan ol, yenə gəl" şərtsiz sevgi vermək, səndən fərqli olsa belə sevgi ilə baxa bilmək, ayrı-seçkilik etmədən təqdim etmək və paylaşmaq...

Sabah səhər oyandığınızda dərin bir nəfəs alın, içinə çəkin havanı və müsbət enerjini. Çölə çıxdığınızda qarşınıza çıxan kəslərə bir gülümsəmə ilə salam verin. Bu salamı sevərək ətrafınıza saçdığından, sizə dözərək geri dönəcək. Çünki hər canlı sevgini tanıyar. Həyat o qədər qısa ki, sevgini göstərmək gözləməz, sabah çox gec ola bilər. Sevgini təxirə salmayın. Çünki əlimizdəkilərin qiymətini itirincə anlarıq. Qürur güvə kimi içimizdəki sevgini bitirər. Özünü bilənə ətrafını sevənə dəyər verilər. Çox çətin deyil sevgini paylaşmaq yetər ki sevgini bir qəlibə soxmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
116 112 97 76 93 126

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.