“Bir anlıq unudun ki, burnunuzun üstündə eynək, ruhunuzda payız var”.
***
“Hamı öləridir. Ölümsüzlük yalnız analara verilib. Ana sağ olmayanda belə, aramızda hələ bir nəfərin də alçaltmağa cürət etmədiyi xatirəsi yaşayır”.
***
“İnsan səfehləyəndə yox, nəsə insani bir hərəkət eləyəndə heyrətlənirəm”.
***
“Bağlı gözlərə günəş şüası daxil ola bilmir”.
***
“Araq içməyi bacaranlar, bacarmasa da içənlər var. Birincilər dərddən də, sevincdən də həzz alır, ikincilər isə içməyi bacaranların yerinə əzab çəkir”.
***
“Qoy Tanrıya lotereyada iki yüz min udan inansın”.
***
“Siz öz abrınızı hansı odkeçirməz şkafda gizlətmisiniz?”
***
“Bu yerdə sözə nə ehtiyac? İnsan var idi və daha yoxdur”.
***
“Bu xəbəri eşidəndə saçlarımla birlikdə beynim də biz-biz oldu”.
***
“Bəziləri öz işləri pis gedəndə, bəziləri isə qonşunun işləri yaxşı gedəndə dilxor olur”.
***
“Kamertonu əlinizə alıb qulaqlarınızı kökləyin”.
***
“İnsanlara inanma, dostluq eləmə, kiməsə pul vermə, ürəyini də vermə”.
***
“Yaxşı işləri yaxşı adamlar görür. İnqilab da yaxşı adamların işidir. Amma axı yaxşı adamlar kimisə öldürmür. Deməli, inqilab pis adamların işidir”.
***
“Polis haradan başlayır və Benya harada qurtarır? Polis Benya başlayan yerdə qurtarır”.
***
“Mən uşaqlıqda əməlli-başlı gopçuydum. Çünki çox mütaliə edirdim”.
***
“Danışmağa həvəsli adam gərək səbirlə silahlansın”.
***
“Yox, mən həqiqətlə burnumu silmədim. Həqiqət mənimlə burnunu sildi”.
***
“Qoca yüngülcə xəstələndi, amma qalxdı. Çünki onu qarşıda hələ iyirmi il gözləyirdi”.
***
“Gündəlik vəhşiliklərin salnaməsi mənə ürəktutması kimi təsir edir”.
***
“Sözlərimi yanınıza salıb yolunuza davam edin”.
***
“Arzular sümüklərimi gizildədirdi”.
LoaDinG.Az - Həyat Hekayəni Yarat