LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Şeirlər 11-08-2024, 22:00

Darıxır

Darıxır
LoaDinG.Az xəbər saytı
Ölərkən üstündə görsəm başımın,
Çarəsi yoxdur bu sərsəm başımın.
Tuş olub bəlasın gəlsəm başımın,
Burda özündən bezmiş bir dəli var,
Susmur o fələkdən yaman dili var.
Darıxır.

Bəxti də boz buludlardan qaradır,
Allah onu elə bədbaxt yaradır.
Yetim qalıb varlığında can yarıdır,
Çiçəklərdən daha solğun biri var,
Boş divara gözü dalğın biri var.
Darıxır.


Saçlarım ruhuna həsrət babamın,
Təklikdə köksünü dağlar adamın.
Qoymayım gözünü ağlar anamın,
İsti yağışdan eh durğun biri var,
Burda ömürdən belə yorğun biri var.
Darıxır.

• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
73 75 73 75 53 80

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.