LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg İdman 10-08-2024, 16:01

"Barselona" onun transferini açıqladı - 500 milyon avro

"Barselona" onun transferini açıqladı - 500 milyon avro
LoaDinG.Az xəbər saytı
Kataloniyanın "Barselona" klubu yarımmüdafiəçi Dani Olmonun transferini rəsmi saytı vasitəsilə açıqlayıb.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, futbolçu "mavi qranatlar"la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Olmonun “Barselona” ilə müqaviləsindəki satın alma məbləği 500 milyon avrodur.

Əvvəllər media, transferin “mavi qranatlara” 55 milyon avroya zəmanətli ödənişlərə və daha 7 milyon avroya bonuslara başa gələcəyini bildirib.

Keçən mövsüm Daniel Olmo “RB Leypsiq” klubu və milli komandanın heyətində bütün yarışlarda 32 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun “RB Leypsiq”lə hazırki əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir. Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
73 50 53 71 49 47

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.